Paşinyandan Qərbə və Rusiyaya MDB MESAJI: Nikolun gizli məqsədi nədir?
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasına onlayn formada qatılacaq. Baş nazir Nikol Paşinyan isə toplantıda iştirak etməyəcək.
Bu addımın siyasi mesajının nədən ibarət olması ilə bağlı politoloq Fuad Abbasov KONKRET.az-a danışıb.
Onun sözlərinə görə, Paşinyanın MDB tədbirlərində iştirakdan yayınması həm daxili, həm də xarici siyasətlə bağlıdır:
"Ölkə daxilində, xüsusilə də gənc nəsil arasında Rusiyaya qarşı mənfi münasibət güclüdür. Paşinyanı dəstəkləyən əhali Rusiya tərəfdarı deyil və Moskvanın təsirindən çıxmağı tələb edir. Paşinyanın MDB iclasında iştirak etməməsi bu auditoriyaya verilən mesajdır. Digər tərəfdən, Paşinyan hakimiyyətə gələndə Fransaya, Amerikaya, Kanadaya söz vermişdi ki, Rusiyadan uzaqlaşacaq, Qərbə inteqrasiya edəcək. Bu qərar həm də onlara ünvanlanmış siqnaldır", – politoloq qeyd edib.
Fuad Abbasov bildirib ki, Paşinyanın bu addımı Rusiyaya da açıq mesajdır:
"Ermənistan Moskvanın təsirindən çıxmaq istədiyini göstərir. Amma bu, daha çox taktiki addımdır. Strateji planda Ermənistan hələ də iqtisadi, siyasi və hərbi baxımdan Rusiyadan asılıdır. Ona görə də MDB iclasında iştirak etməmək Rusiyadan tam imtina demək deyil. Moskva da bunu yaxşı anlayır".
Politoloqun sözlərinə görə, yaxın perspektivdə Ermənistanın MDB-dən çıxması real görünmür:
"Bu, yaxın gələcəkdə mümkün deyil. Amma uzunmüddətli perspektivdə Ermənistan MDB tədbirlərindən tam imtina edə, hətta təşkilatdan uzaqlaşa bilər".
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib