Paşinyandan rusiyayönümlü qüvvələrə sərt xəbərdarlıq: "Yetim qalacaqsınız!"
Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki rusiyayönümlü müxalif qüvvələrə və bəzi siyasi fiqurlara ünvanlanmış kəskin bəyanatla çıxış edib. O, xaricdən təlimat alan şəxsləri müstəqil iradəyə sahib olmamaqda ittiham edərək, onları "yetim qalacaqları" ilə hədələyib.
KONKRET.az xəbər verir ki, Paşinyan konkret şəxslərə (Kaluqalı və Qaqo ləqəbli şəxslərə) müraciət edərək, onların heç vaxt müstəqil qərar vermədiklərini bildirib: "Hər ikiniz qulaq asın: əgər biz sizin nə isə etməyinizi istəsəydik, siz bunu sözsüz və itaətkarlıqla edərdiniz. Siz həyatınızda heç vaxt müstəqil addım atmamısınız və başqasının göstərişi olmadan heç bir əhəmiyyət kəsb etmirsiniz".
Baş nazir xarici himayədarlara arxalanan qüvvələrə müraciətini daha sərt şəkildə davam etdirib: "Sizə elə gəlir ki, özünüzə "ata" tapmısınız? Yetim qalacaqsınız! Özünə xaricdə "ata" tapanların hamısı yetim qalacaq. Çünki Ermənistan Respublikasında "ata" da, "ana" da yalnız Ermənistan xalqı ola bilər, başqa heç kim!". Bu çıxış Ermənistanın daxili siyasi arenasında və Rusiya ilə münasibətlər kontekstində növbəti gərginlik dalğası kimi qiymətləndirilib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK