Paşinyanın "Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur" açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır?

Paşinyanın "Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh gündəmindən dönməyəcək".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib və bildirib ki, İrəvan sülhə hazırdır. Paşinyanın sözlərinə görə, atəşkəsin pozulması halları əsasən məqsədsiz xarakter daşıyır. Maraqlıdır, bir ölkənin sərhədində atəşkəsi pozmaq və təxribat törətmək necə məqsədsiz xarakter daşıya bilər? Həqiqətənmi, Ermənistanın atəşkəsi pozmaqda heç bir məqsədi yoxdur, yoxsa bu açıqlama Paşinyanın siyasi blefidir?
Mövzunu KONKRET.az-a politoloq Asif Nərimanlı şərh edib:
Paşinyanın "Paşinyan əslində siyasi blef edir və törətdiyi təxribatları bu yolla gizlətməyə çalışır. Ermənistanın məqsədi odur ki, atəşkəsi pozmaqla beynəlxalq ictimaiyyəti regiona cəlb etsin. Belə bir rəy formalaşdırırlar ki, regionda sabitlik sülh müqaviləsinin imzalanmasından keçir. Bu isə avtomatik olaraq 17 maddədən ibarət sülh müqaviləsinin imzalanması məsələsini gündəmə gətirir. Amma bu, münasibətlərin normallaşmasında bütün məsələlərin həll olunmasına anlamına gəlmir. Çünki masada razılaşdırılmayan mövzular qalıb. Ermənistan isə sazişi 17 maddəlik razılaşma çərçivəsində imzalamağa çalışır və bununla da Azərbaycanın tələblərini tam şəkildə yerinə yetirməkdən boyun qaçırır. Bununla isə Türkiyə ilə sərhədlərin açılmasında istifadə etməyə və Avropa bazarına çıxmağa səy göstərir. Təbii ki, rəsmi Bakı bununla razılaşmır. Ona görə də, Ermənistan atəşkəsi pozmaqla regiona diqqəti cəlb etmək istəyir. Ermənistan bir növ məsuliyyətdən yayınmaq niyyətindədir. Amma Azərbaycan tərəfi buna imkan verməyəcək. Paşinyanın açıqlaması isə siyasi məsuliyyətdən yayınmaq cəhdidir. Ermənistan rəhbərliyi atəşkəsi pozduğunu gizlədə bilmədiyi üçün vıziyyətdən bu cür açıqlamalarla çıxmağa çalışır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 15 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər bugunun xeberleri en son xəbərlər bugün valyuta mezennesi banklar