Paşinyanın Azərbaycanla sərhəddə keçirdiyi gizli görüşün məqsədi nədir?
Ermənistan hakimiyyəti ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə Dilicanda – Azərbaycanla sərhəd bölgəsində görüş keçirib. Görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, prezidenti Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Mher Qriqoryan iştirak edib.
"Hraparak" nəşri iddia edib ki, görüşlər Ermənistan hakimiyyətinin xarici diplomatlardan göstərişlər almaq və xarici siyasətin istiqamətini müəyyənləşdirmək məqsədi daşıyır. İclas qapalı şəraitdə baş tutub.
Bəs görüşün Azərbaycanla sərhəddə keçirilməsində məqsəd nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan konfliktoloq Elman Vəliyev sözgedən görüşün Azərbaycanla sərhəddə keçirilməsinin normal olduğunu deyib:
"İşğal dövründə oxşar toplantılar Xanləndidə baş tuturdu. Ona görə Xankəndidə keçirirdilər ki, yerli və beynəlxalq ictimaiyyət bölgənin guya Ermənistana məxsus olduğunu, rəsmi görüşlərin də bu səbəbdən burada keçirildiyini qəbul etsinlər. İndi də görüşlərin sərhəddə keçiriləməsi oxşar ssenaridir. Erməni hökuməti sərhədin harada olduğunu xarici diplomatlara göstərmək istəyir".
Ekspert Ermənistanın çıxılmaz duruma düşdüyünü bildirib:
"Ermənistan ipin ucundadır. Paşinyan ölkəni uçuruma aparmaq istəmir. Ancaq hər şey baş nazirdən asılı deyil. Rusiya Qərbi və ABŞ-ni Cənubi Qafqazdan çıxarmaq istəyir. Bu yolda lazım olduğu halda bütün fiqurları qurban verəcək. Zəngəzur layihəsi hələ də gündəlikdədir. Onun reallaşdırılması üçün hazırlıqlar gedir. Bunun diplomatik yolla həlli çətin görünür. Ermənistanla yanaşı İran da bu məsələdən narahatdır. Onlar ərazi baxımından Azərbaycanın Qərbə doğru genişlənməsini həzm edə bilmir. Bölgədə ciddi proseslər cərəyan edir".
Məlik Məlikov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb