"Paşinyanın bu açıqlaması Şuşanı qəsdən təslim etdiyi mənasına gəlir" - Danielyandan SƏRT MÖVQE
Erməni politoloq Stepan Danielyan Nikol Paşinyanın ötən gün hökumətin iclasındakı açıqlamalarını sərt şəkildə qınayıb.
KONKRET.az xəbər verir ki, o, Paşinyanın müharibə və Şuşa ilə bağlı fikirlərini absurd adlandırıb.
Politoloqa görə, Paşinyanın açıqlaması Şuşanın qəsdən təslim edildiyi və həmin vaxta qədər verilmiş qurbanların sadəcə müqavimət illuziyası yaratmaq üçün olduğu anlamına gəlir:
"Əgər indiki Baş nazirin dediyi kimi, müharibə Şuşa üçün aparılmış olsaydı və Şuşasız müharibəni dayandıra bilməzdisə, bu o deməkdir ki, o, Şuşanın qəsdən təslim edib və qurbanlar müqavimət illüziyası yaratmaq üçün verilib. Yalnız Hadrutla bağlı sualı aydınlaşdırmaq lazım gəlir".
Xatırladaq ki, Nikol Paşinyan çıxışında müharibənin Şuşa üçün aparıldığını demişdi:
"Bizə deyirlər ki, müharibəni dayandırsaydılar,qurbanların qarşısını qarşısını alardılar. Sizcə, biz bu barədə düşünməmişik? Şuşasız isə bu mümkün deyildi. Həlak olan oğullarımız buna görə, qurban getdilər. Onlar Qarabağı təslim etməmək ehtimalını müdafiə etdilər".
Vəsilə İbrahim,
KONKRET.az

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq