Paşinyanın çarəsi qalmadı - "Dəhliz açılmalıdır"

Paşinyanın çarəsi qalmadı - "Yuxarı Lars" keçid məntəqəsi Ermənistan üçün əsl başağırısıdır. Qış aylarında məntəqə həftələrlə qapadılır, Ermənistan öz məhsullarını Rusiya bazarına daşıya bilmir, əks-istiqamətdə mallar gətirilmir. Ancaq "Yuxarı Lars" işlək vəziyyətdə olanda da, Ermənistanın öz məhsullarını Rusiya bazarına çatdırcağının təminatı yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars"dan keçməsinə yenə icazə verməyb:
"Rusiya buna səbəb kimi Ermənistandan daşınan məhsulların fitosanitar standartlarına uyğun gəlmədiyini göstərib. Bu halda kənd təsərrüfatı məhsulları yollarda günlərlə gözləməklə ya çürüyəcək, ya da geri qaytarılacaq ki, daxili bazarda əlavə məhsullara ehtiyac yoxdur. Erməni ekspertlər sərhəd keçid məntəqəsinin budəfəki qapanmasını siyasi səbəblərlə izah edirlər. Bəli, bu istisna deyil. İrəvan Qərbə daha çox yaxınlaşmaq istədikcə Kreml Ermənistanı cəzalandırmaq alətlərini hərəkətə gətirəcək. Bu alətlərdən biri "Yuxarı Lars"da hərəkətin dayandırılmasıdır.
"Yuxarı Lars"dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək "Yuxarı Lars"a alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Tbilisi bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir. Bunun əvəzinə Gürcüstanla Rusiya "Yuxarı Lars"ın genişləndirilməsini planlaşdırırdı. Layihənin ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Ancaq bu layihədən də xəbər yoxdur. Əksinə Rusiya "Yuxarı Lars"da beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında dəyişikliyə qərar verib. Yeni qaydalara görə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük keçid məntəqələrində məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Bu sırada sərhəd keçidində hərəkət zolaqlarının sayının 11-dən 6-ya endirilməsi də var".
Təhlildə vurğulanır ki, bütün səylərə baxmayaraq, Ermənistanın "Yuxarı Lars"la bağlı çarəsizliyi davam edir:
"Ermənistanın bu vəziyyətdən qurtuluşu Azərbaycan və Türkiyənin nəqliyyat yollarına (dəhlizlərinə – red.) qoşulmasından keçir. Ancaq bunun üçün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyə tələsməlidir. Əks halda Paşinyanın özünün də dediyi kimi, ermənilərin yaddaşında uğursuz lider kimi qalacaq. Paşinyan müharibədə ağır məğlubiyyətdən sonra mümkün uğur hekayəsini iki qonşusu – Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq və əməkdaşlığa başlamaqla əldə edə bilər".

Siyasi       Tarix: 26 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən son durum kriminal xeber xeberler azerbaycan