Paşinyanın Moskva səfəri – Putinlə görüşdə nələr müzakirə olunacaq?
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və RusiyaPrezidenti Vladimir Putinin Moskvada görüşü baş tutacaq.
Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərininnoyabrın 10-da imzaladığı sülh bəyanatının tətbiqi barədə müzakirələrin aparılacağıplanlaşdırılır.
Görüş barədə fikirlərini Azxeber.com-a bildirən politoloq İlyasHüseynovun sözlərinə görə, Paşinyanın inaqurasiya mərasimindən öncə Moskvayayollanmasının Ermənistan müxalifəti tərəfindən ciddi etirazlarla qarşılanacaq:
"Ermənistanda hələ də ictimai-siyasi vəziyyət çox gərginolaraq qalır. Müxalifət seçkilərin nəticələrini qəbul etmir və onunla hesablaşmır.Buna görə də yuxarı instansiyalara müraciət edirlər. Burada Robert Köçəryan vəSerj Sarkisyanın adını çəkmək olar. Amma Rusiya başda olmaqla digər dövlətlər dəErmənistanda keçirilmiş seçkiləri legitim adlandırıb. Bütün bunların fonunda 10noyabr bəyənatında Ermənistanın götürdüyü öhdəliklərin icrasında ləngiməmüşahidə olunur. Burada əsas məsələ Azərbaycanın qərb hissəsi ilə Naxçıvanarasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. HazırdaRusiya tərəfinin siyasi iradəsi bu dəhlizin həyata keçirilməsində maraqlıdır.Türkiyə və İranın da bu məsələyə isti yanaşdığının şahidiyik. Rusiyanın bu məsələlərdəErmənistanla danışıqlar aparması mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, bu görüşdəZəngəzur dəhlizinin açılması da müzakirə olunacaq".
Politoloqun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizininaçılması istiqamətində çox maraqlıdır:
"Ermənistan ərazisindən keçən dəmir yolları Rusiya dəmiryollarının törəmə şirkətidir və birbaşa olaraq o xətlər Rusiyaya tabedir. Bugörüşdə təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bölgədə həmin təhlükəsizliyirus sülhməramlıları təmin edir. Xoşagəlməz halın baş verməməsi üçün danışıqlarınsəmərəli şəkildə aparılması mühüm elementdir. Ümumilikdə Paşinyanın seçkidən sonrakıfəaliyyətinin həmin görüşdə müzakirəsi gözlənilir".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR