Paşinyanın MÜHARİBƏSİ – Nikol bundan sonra hansı manevrlər edəcək?

Paşinyanın MÜHARİBƏSİ – Nikol bundan sonra hansı manevrlər edəcək?Ermənistan siyasi elitasında Paşinyanın son günlər verdiyi bəyanatlar, attdığı addımlar geniş müzakirə olunur. Onun BMT-dəki çıxışı incələnir və baş nazirin hansı addımlar atacağı götür-qoy edilir. Ermənistanda Paşinyanın çaşdırıcı manevrlərindən baş çıxara bilməyən politoloqlor onun bu gün bir, sabah başqa fikrə düşməsini Ermənistan üçün fayda verməyəcəyi qənaətindədirlər.
Ümumiyyətlə, güman edilir ki, Paşinyanın manipulyasiyası guya onun siyasi taktikası ilə bağlıdır. Amma siyasət həm də konkretlik tələb etdiyindən Ermənistan baş nazirinin belə addımları qeyri-ciddi təsir bağışlayır və bu da hökumət başçısına yaraşan siyasi xətt deyil. Paşinyanın Ermənistan parlamentində çıxışı da birmənalı qarşılanmayıb. Baş nazir parlamentdə maraqlı açıqlamalar verib və bildirib ki, Azərbaycanla sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyasının yaradılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün Ermənistan hakimiyyəti ciddi iş aparır.
Müxalifətdən olan deputat Qarnik Danielyan Kərki kəndinin Azərbaycana verilməsinə aydınlıq gətirmək üçün baş nazirə sual ünvanlayıb. Paşinyanın cavabı isə çox qısa olub: "Azərbaycanla münasibətlər kontekstində anklavlar mövzusu həmişə aktual olaraq qalır. Bu mövzu gündəmdədir və biz bunu nəzərdən qaçıra bilmərik".
Digər müxalifətçi deputatlar Paşinyanı Qarabağdan imtina etməsinə görə ittiham ediblər. Baş nazir isə buna cavab olaraq bildirib ki, Qarabağ məsələsi uzun illərdir Ermənistanın boynunda ilgək idi və erməni dövlətçiliyinin məhvi  üçün alət kimi istifadə olunurdu.  Paşinyanın təzadlı bəyanatlarını çox eşitmişik. Bir zamanlar öz oğlunu Qarabağa hərbi xidmətə göndərən Paşinyan daha sonra Xankəndinə gələrək "miatsum, miatsum" qışqırmaqla daxili auditoryanın rəğbətini qazanmağa çalışırdı. Daha sonra "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan fikirindən daşınaraq Qarabağın Ermənistanın boynunda ilgək olduğunu deyir.
İki il əvvəl Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını rəsmən bəyan edən baş nazir bir il sonra qondarma qurumun yaranması ildönümündə sepatarçıları təbrik etməklə bir daha təzadlı siyasətçi olduğunu sübut edir. Deməli, Ermənistan baş naziri düşüncələrində qeyri-səmimi, atdığı addımlarda qeyri-ciddidir. Hətta BMT kürsüsündən "Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur" kimi bəyanatı da qeyri-səmimidir. Bunu Paşinyan desə də, Ermənistanın qanunvericilik aktı başqa məqamdan xəbər verir.
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası öz əksini tapdığından Paşinyanın şifahi söylədikləri cəfəngiyatdır. Sülhə nail olmaq istəyən dövlət öz siyasi xəttində bir qədər səmimi olmalıdır. Bəzi ekspertlərin fikirincə, guya Paşinyanın sülh müqaviləsi ilə bağlı mövqeyində dəyişiklik müşahidə olunur. Amma onun bu hərəkətləri sadəcə manipulyasiyadır.
Paşinyanın siyasi xətti yeni hüquqi münaqişənin əsasını qoyur. Qeyd edək ki, bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsi Sərhəd Müəyyənetmə Komissiyasının reqlamenti ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsi öz qərarında imzalanmış sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verib. Sənəd Ermənistanın sərhədlərinin müəyyən edilməsi kontekstində Konstitusiyanın və Müstəqillik Bəyannaməsinin qarşılıqlı təsiri məsələsinə aid olması ilə diqqət çəkir. Qərarın əsas məqamlarından birində deyilir ki, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş və Konstitusiyanın mətnində əksini tapmayan milli məqsədlər heç bir hüquqi qüvvəyə malik deyil.
Ermənistan Konstitusiya Məhkəməsinin qərarı artıq bəzi erməni hüquqşünaslarının hiddətinə səbəb olub. Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın istefasını da bununla əlaqələndirirlər. Düzdür Minasyan istefasını başqa səbəblə izah edib, amma onun vəzifədən getməsinə səbəb məhz yuxarıda qeyd etdiyimiz amillərdir.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber kriminal en sonxeber cəbhədən ən son xəbər