"Paşinyanla Putinin görüşü öncəsi Tovuzda atəşkəsin pozulması təsadüfi deyil" - Politoloq
"Paşinyanın Moskvada Putinlə görüşməsi ərəfəsində ermənilərin bu cür təxribatlara əl atması təsadüfi deyil".
Bu sözləri Azxeber.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ermənilər müharibənin nəticələrindən dərs almayıblar: "Ermənilər bu cür təxribatdan əl çəkmirlər. Keçən il də məhz Tovuzda atəşkəsin pozulması sonradan müharibəyə səbəb oldu. Biz isə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etdik. Görünür onlar müharibənin nəticələrindən dərs almayıblar".
Politoloqun fikrincə, Tovuzda atəşkəsin pozulmasına Ermənistandakı hakimiyyət boşluğu da səbəb ola bilər:
"Ermənistanda hakimiyyət boşluğu var. Qarabağ klanı hələ də aktivliyini qoruyur. Baxmayaraq ki, Paşinyan Parlament seçkilərində qələbə çaldı. Ola bilər ki, məqsədləri yenə də vəziyyəti gərginləşdirməkdir. Amma bu bizi narahat etməməlidir. Ermənilərin Ağdamda, Tovuzda təxribat törətmələri Paşinyanın Moskvada Putinlə görüşməsi ərəfəsində olması da təsadüfi deyil. Bizim vəzifəmiz təxribatlara cavab verməkdir. Əgər onlar Qarabağda da təxribat törədirlərsə, biz bunun haqqında da düşünməliyik və Qarabağdakı separatçıları tərk-silah etməliyik".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR