Payız depressiyasını dəf etmək üçün ideal rejim
Britaniyanın Daily Mirror tabloidi müxtəlif sahələrdən olan mütəxəssislərin fikrini öyrənərək payız depressiyasından yaxa qurtarmaq istəyənlər üçün ideal rejim düzənləyib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, gümrah olmaq üçün mütəxəssislər bioloji saatlara riayət etməyi məsləhət bilirlər. Qeyd olunur ki, bu, gün ərzində enerjini maksimum həddə çatdıraraq rahat gecə yuxusunu təmin edir. Yəni günün eyni vaxtında, yaxşı olar ki, təxminən səhər 7 radələrində oyanmağınız məsləhətdir. Əgər gecə gec yatmısınızsa, yenə də eyni saatda oyanmaq vacibdir.
Oyanan kimi səhər metabolizmini işə salmaq lazımdır - bunun üçün yüngül isinmə hərəkətləri, gimnastika və ya gəzinti kifayət edər. "Günortaya qədər gəzintiyə çıxmaq sağlam yuxu üçün çox vacibdir", - məşqçi Aaron Braun tabloidə bildirib. Onun sözlərinə görə, burada əsas amil işığın orqanizmə təsir gücüdür. Növbə ilə işləyib, qaranlıqda oyananlara isə laytboks (işığı bərabər qaydada yayan geniş səthli işıqlandırıcı - red.) alaraq hər səhər onu 30-90 dəqiqə ərzində qoşmaq tövsiyə olunur.
Saat 8-də səhər yeməyi yemək olar. Bu zaman yaxşı olar ki, enerjinin tədricən tükədilməsinə yardım edən ərzaqlardan istifadə olunsun. Biohaker Tim Qrey deyir ki, səhər yeməyində şirniyyat, yaxud şirin lopa yemək yaxşı deyil. Buna alternativ olaraq kəpəkli undan bişmiş tostun üzərinə şəkərsiz araxis yağı çəkərək üzərinə banan dilimləri düzüb yemək olar.
Saat 9 üçün orqanizm çətin vəzifələri yerinə yetirməyə hazırdır. Bu zamanı yeni bacarıqların öyrənilməsinə sərf etmək olar. Proses zamanı içilən qəhvə təkcə diqqəti artırmır, o həm də antioksidantla zəngindir. Qəhvəni 12-dək içmək daha məsləhətdir, çünki kofeinin orta səviyyədə parçalanması təxminən 5 saat vaxt alır. Günortadan sonra içilən qəhvə yuxunun dərinliyinə təsir etməyə qadirdir.
Nahar doyurucu və balanslaşdırılmış olmalı, orqanizmi bütün gün üçün enerji ilə təmin etməlidir. Qrey məsləhət görür ki, arada, hətta gün batanadək qəlyanalı etmək pis olmaz. 14:00-da mütəxəssislər bir qədər mürgüləməyi tövsiyə edirlər.
"10-30 dəqiqəlik yuxu diqqəti artırır, qan təzyiqini isə azaldır", - Co Uebber deyib.
Orqanizmin fiziki pik həddi 18:00-a təsadüf edir. Ona görə həmin vaxt idmanla məşğul olmaq üçün ən əlverişli sayılır. Axşam təmrinləri orqanizmdəki bütün izafi adrenalinin sərf olunmasına şərait yaradaraq rahat yuxunu təmin edir.
Şam yeməyini gün batanadək yemək daha yaxşıdır, belə halda orqanizm daha çox insulin ifraz edir. Yuxudan 1 saat öncə mütəxəssislər mavi işıq verən bütün işıq mənbələrini söndürməyi məsləhət bilirlər. Mavi işıq melatoninin yaranmasını əngəlləyir. Gecə yuxusu 7-9 saat sürməlidir.
Payız-qış depressiyasından ən çox əziyyət çəkənlərə gəldikdə isə buraya adətən, hündür, çox arıq, bir qədər bədbin, eləcə də kök və nevrozlara meylli adamları aid edirlər. Orta məktəb şagirdləri və yeniyetmələr də risk altındadırlar.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar