Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən bu element çatışmır

Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən bu element çatışmırXrom – insan üçün hava-su kimi lazım olan vacib fermentdir. O, metobolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır. Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir. 
KONKRET.az xəbər verir ki, orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır.
Orqanizmdə xrom çatışmazlığı əlamətləri:
-Yorğunluq, yuxusuzluq, narahatlıq
-Baş ağrıları, spazmlar
– Nevralgiya ağrıları
– əzələ kordinasiyasının pozulması
– əl-ayaqda əsmə
– hiperqlikemiya, hipoqlikemiya
– metobolizm pozğunluğu
– qanda triqliseridlərin və xolesterinin çoxalması
– ürəyin işemik xəstəlikləri
– bədən kütləsinin çox dəyişməsi – çox kökəlmə və ya arıqlama
– kişilərdə reproduktiv funksiyasının azalması
Orqanizm xromu su, hava, qida ilə qəbul edir.Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur. Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan  o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur.
Ona görə xrom şəkərli diabet xəstələrinə çox lazımdır. İstənilən şəkər xəstəsinin qanında xrom defisiti var. Bəlkə də xrom ehtiyatı kifayət qədər olsaydı, qanda qlükoza qalxmazdı, insulin pozulmazdı. Məhz bu mikroelementin çatışmazlığı diabet önü mərhələ zamanı aşkarlanmalı, qarşısı alınmalıdır.
Xrom hamilə qadınlarda da azalır. Ona görə çox vaxt hamiləlik diabeti adlanan sindrom baş verir. Xrom lipid mübadiləsinə təsir edir, artıq piy-yağın belə deyək əridilib çıxarılmasına səbəb olur. Ateroskleroz, damar tıxanıqlığı, işemiya kimi xəstəliklərin kökündə də xrom defisiti var.
Heyvanlar üzərində aparılmış təcrübə göstərib ki, xrom defisiti boy artımını saxlayır, sinir sistemini pozur, spermatozoidlərin keyfiyyətini azaldır.
Bəs xromu hardan almalı?
Xrom tuns balığından, bir çox balıq və dəniz məhsullarında, mal qaraciyərində, mal dilində, yumurta, toyuq əti, brokkoli, qarğıdalı, çuğundur, ördək ətində, bildirçin və yumurtasında, şaftalıda, mərci, turp, şampinyon göbələyində olur.
Lakin xrom artıqlığı da fəsadlar yaradır İri şəhərlərdə havada normadan artıq xrom olması, suda xrom olması orqanizmdə xromun dozasını artırır. Bu da allergiya, astma, bronxit, hormonal problemlər, baş ağrıları, xroniki toksiki zəhəlrənmə verir. Hətta havada həddən artıq xrom olması ağciyər və qırtlaq xərçənginə kimi gətirib çıxarır.
Zob xəstəliyi olanlar və diabet xəstələri yalnız həkim məsləhəti ilə əlavə xrom preparatı qəbul edə bilər. Çünki başqa dərmanlar, aspirin və insulin xromun mənimsənilməsini pozur.

Sağlamlıq       Tarix: 21 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber xeber.az son xeberler dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat