"Pəhləvi Azərbaycana gələn kimi həbs olunmalıdır" – Güneyli hüquq müdafiəçisi ŞOK FAKTLARI açdı

"İranda etirazlar 16 gündür ki, davam edir. On iki gün öncə sinfi və ya iqtisadi, ictimai səbəblərdən yaranan etirazlarda bu müddət ərzində ölüm və ya ciddi təzyiqlər olmamışdı. Hətta Pezeşkian hökuməti etirazçılarla görüş təşkil etdi. Amma on iki gündən sonra birdən-birə Rza Pəhləvi etirazların genişlənməsini fürsət bilib çağırış etdi".
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamrani deyib.
O bildirib ki, bundan sonra başda Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası olmaqla Azərbaycan milli hərəkatı təşkilatları çağırış etdi ki, şənbə günü hər kəs sakit şəkildə rejimə və Pəhləviyə qarşı şüarlarla mitinq keçirsin. Bu çağırışa qeyri-fars etnik qruplar da dəstək verdilər:
"Cəmi səkkiz saat sonra İran rejimi interneti kəsdi. Reuters-in məlumatına görə, polisdən və etirazçılardan 2 min insan ölüb. Hətta bu rəqəmin 10 min olduğu da iddia edilir. Dörd gündən artıqdır ki, internet kəsildiyi üçün dəqiq nəsə demək olmur.
Bu qətliam olmasaydı, etirazların normal davam etməsi rejim dəyişikliyinə səbəb olardı. Amma burada iki maneə vardı: İran rejimində Xameneiyə bağlı güclər ideoloji olaraq heç vaxt sərt addımlar atmaqdan çəkinməyib. İkincisi, kütləni qızışdıran cərəyanlar, xüsusilə, Pəhləvi cərəyanı hansı ki, bunun arxasında öz mənfəəti üçün hər cür cinayətdən çəkinməyən güclər var. Nəticədə kütləvi ölüm halları baş verdi və inqilabın gedişatı dəyişdi. Təəssüf ki, biz Suriyanın 14 il öncəki ilk günlərindəki vəziyyətə yaxınlaşmışıq".
Kamrani kürd dövlətinin yaradılması ideyası barədə deyib ki, bu təhlükə hər zaman olub:
"Bu, Suriya və İraqda sınaqdan keçirilib və nəticəsini hər kəs görür. Lakin bütün bu məsələlərə qorxu ilə yanaşmaq doğru deyil. Kürd məsələsi ilə terror təşkilatları arasında fərq qoymaq lazımdır. Daxili çəkişmənin qarşısını almaq üçün sadəcə təhlükəsizlik deyil, həm də hüquqa əsaslanan yeni siyasət aparılmalıdır.
Pəhləvi və onun arxasındakı güclər bu dəfə də istəklərinə çata bilmədi. İranda 100 il öncəki düzəni qurmaq istəyirlər. İrandakı türkləri qəbul etmirlər və tərəfdarları türklərin və qeyri-fars etnik qrupların əleyhinə soyqırım törədəcəklərini geniş şəkildə dilə gətirir. Bu layihə İranda əksəriyyətin qorxusuna səbəb olduğuna görə bir nəticə verəcəyini düşünmürəm".
Ekspert İran Prezidenti Məsud Pezeşkian barədə isə deyib ki, o, dilemma qarşısındadır:
"O, seçkilər zamanı verdiyi vədləri yerinə yetirə bilmədi. Bir tərəfdən, xalqı razı salmağa çalışır, digər tərəfdən, rejimin təzyiqi altındadır. Ona öz işini görməyə imkan vermirlər. Pezeşkian üçün yeganə çıxış yolu daha cəsarətli və xalqa daha sadiq olmaqdır. Amma o, təzyiqlər altında xalqa deyil, Xameneiyə tərəf sürükləndi və bir növ onların cinayətlərinə şərik oldu və ya bunu etdilər".
Kamrani, ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə başlayacağı təqdirdə rejimin bunu fürsətə çevirib milli duyğuları təhrik edərək hakimiyyətini qoruyub saxlaya biləcəyini deyib:
"Ona görə ABŞ hələ ki gözləmə mövqeyindədir. Venesuela modeli kimi rejim daxilində bir sıra güc sahibləri ilə anlaşmağa çalışacaqlar. Belə bir məqamda Pezeşkian xalqdan uzaqlaşmamalı idi, amma bu baş verdi və artıq rejim daxilində güc yarışında fars cərəyanlara məğlub ola bilər. Məsələn, Həsən Ruhaniyə hansı ki, o da Pəhləvilər qədər türk düşmənidir. Ona görə Tramp Venesuelada olduğu kimi bəzi məsələləri müzakirə ilə yoluna qoymağa çalışacaq. Əgər bu alınmasa, 12 günlük savaşda olduğu kimi, amma bu dəfə daha böyük hərbi güclə xarici müdaxilələr ölkənin gələcəyini müəyyən edə bilər. Nəticədə daha çox qarışıqlıq yarana bilər, parçalanma, terrorçu "yuva"larının yenidən canlanması baş verə bilər. Artıq rejimin sivil etirazlarla dəyişməsi variantı xeyli zəiflədi".
O qeyd edib ki, hökumət ölü sayının çox olmasına səbəb olaraq silahlı dəstələrin etirazçılara qarışmasını iddia edir:
"Beynəlxalq təşkilatlar, məsələn, BMT tərəfindən İrandakı etirazlarda xarici terrorçu qrupların fəallığını, cinayətlərin miqyasını araşdıran Komitə yaradılmalıdır. Təəssüf ki, bunu görmürük. Ona görə də Suriya və Liviyaya bənzər vəziyyət yarana bilər".
Ekspert, həmçinin, onu da xatırladıb ki, Pəhləvilər qanuni Qacar şahı Əhməd şaha qarşı çevriliş edərək Böyük Britaniyanın dəstəyi ilə hakimiyyəti ələ keçiriblər:
"Pəhləvilərin əsas fəaliyyəti İranda türk mədəniyyətinin kökünü qazmaq, türk dilini aradan çıxarmaq, rəsmiyyətdən salmaq, türkləri vəhşi, Orta Asiyanın çöllərindən gəlmə köçərilər kimi tanıtmaq üzərində qurulmuşdu. Bunu dərslik kitablarında, kinolarda, bədii əsərlərdə, həyatın bütün sahələrində həyata keçirirdilər. İran tarixini və kimliyini süni şəkildə, farsçılıq, ariçilik və əslində irqçilik əsasında yaratmağa çalışıblar. Məhəmməd Rza Şah zamanı Pişəvəri hökumətini yıxdıqdan sonra öz qəzetləri, sənədlərində göstərilən faktlar əsasında ən azı 25 min azərbaycanlının qətliama uğradığı məlumdur. Vəliəhd Rza Pəhləvi hər il buna görə şadyanalıq qurur. Əgər Rza Pəhləvi hakimiyyətə gəlsə, azərbaycanlıları və türkləri soyqırım gözləyir. Bunu özləri də danmır. İndidən deyirlər ki, "sizi elektrik dirəklərindən asacağıq". İranda türk kimliyinin, dilinin, türk tarixinin olduğunu qəbul etmirlər. Deyirlər "siz azərisiz, moğollar sizi türk edib". Yəni Pəhləvilər belə bir zehniyyətə sahibdir".
O vurğulayıb ki, İran İslam Respublikası şiəçilik pərdəsi altında Pəhləvilərin siyasətini davam etdirib, amma Pəhləvilər türkləri birdəfəlik qətiam edir:
"Ona görə Rza Pəhləviyə dəstək verən hər hansı dövlət, axın, media quruluşu bütün bunları bilərək edir. Liberallar, solçular, feministlər Pəhləvi ilə müxalifdirlər, amma türklər onunla düşməndir. Pəhləvi də türklərlə düşməndir. Ona görə Rza Pəhləvinin hakimiyyətə gəlməsi qeyri-mümkün görünür. Xalq on iki gündür etirazını bildirirdi və sonra Pəhləvini şişirdib ortaya atdılar. Bu isə 10 min insanın ölümünə səbəb oldu. Ona görə də Pəhləvini təmizə çıxarmağa çalışmasınlar. Azərbaycanda da bəzi ekspertlər bilib-bilmədən yaxud da bilərək, bu cinayətkarı dəstəkləyir. Pəhləvinin oğlu Azərbaycana ayaq basarsa ən doğru davranış odur ki, məhkəmə qarşısında soyqırımı təşviq etdiyi, türklərə qarşı irqçilik apardığı üçün mühakimə edilib həbs olunsun. O, gərək yaşadığı Amerikada mühakimə olunsun. Düşünün, bu, Miloşeviçin oğlunu gətirib, keçmiş Yuqoslaviyanı bərpa edib onun başına keçirmək kimi bir şeydir. Demokratiya iddiasında olan cərəyanlar, şəxslər, ekspertlər, dövlətlər necə belə bir cinayətkarı himayə edə bilər, onu anlamıram".

Siyasi       Tarix: 15 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi

Ermənistanın 9-cu çağırış Milli Məclisinin birinci sessiyası avqustun 3-də işini davam etdirəcək. KONKRET.azxəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Məlumata görə, sessiya avqustun 2-si səhər saatlarınd

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

Trampın reytinqi rekord həddə düşdü – Amerikalıların yarıdan çoxu narazıdır

ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi vəzifədə olduğu müddətdə ən aşağı səviyyəyə düşüb. KONKRET.azxəbər verir ki, Quinnipiac Universitetinin sorğusuna görə, Trampın fəaliyyətini seçicilərin 32 faizi bəyənir

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir. xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqət

Netanyahudan KƏSKİN BƏYANAT: "İsrailin mövcudluğu..."

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyi və gələcəyi ilə bağlı sərt açıqlama ilə çıxış edib. KONKRET.azxəbər verir ki, baş nazir İsrailin suverenliyinin heç bir halda güzəştə gedilməyəcək əsas prinsi

Zelenski dünyanı sərt tədbirlərə çağırdı: "Rusiya ağılını itirib..."

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi qəddarlıqları kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıb. xəbər verir ki, Ukrayna lideri b

İran çox ağır zərbə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranın artıq əvvəlki gücündə olmadığını və ölkənin ağır zərbə aldığını bildirib. xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb. "İran artıq əvvəlk

İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasını

XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib. Son hadisəd


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber xeber.az meherremlik 2026 cəbhədən canlı