Pələng meşədən çıxaraq, maşını müşayiət etdi - VİDEO
Pələng meşədən çıxaraq, maşını müşayiət etdi - VİDEO
Rusiyada yol kənarında maşını müşayiət edən pələngin videosu sosial şəbəkələrdə böyük maraq doğurub. Kadrlar hadisə şahidləri tərəfindən Xabarovsk şəhəri yaxınlığında Zmeinaya Sopka ərazisində çəkilib.
"RİA Novosti"nin məlumatına görə, bu barədə "Amur Tiqr" mərkəzindən bildirilib.
Mərkəzin mütəxəssisləri artıq bununla bağlı araşdırmaya başlayıblar.
"Instagram"da dərc olunan videoda görünür ki, yolun kənarında dayanan pələng yaxınlıqda keçən maşını görəndən sonra meşədən çıxır və yavaş hərəkət edən avtomobillə bir müddət yol gedir.
Mərkəz bildirir ki, kadrları çəkən şahidlər tam doğru hərəkət ediblər: Onlar maşından çıxmayaraq, yollarına davam ediblər.
"Yırtıcılarla rastlaşdıqda davranış qaydalarına riayət edin", - deyə mərkəzin mütəxəssisləri xəbərdarlıq edib.
Amur pələngi - planetimizin ən nadir yırtıcılarındandır və Beynəlxalq Qırmızı Kitaba salınıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb