"Pəncəli Ürəklər" aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü  ərəfəsində "Pəncəli Ürəklər" sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstək olmaq üçün ianə edə bilər.
azxeber.com xəbər verir ki, "Pəncəli Ürəklər" aksiyasının əsas məqsədi cəmiyyətdə heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, sahibsiz heyvanlara qarşı diqqəti artırmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər.
Aksiyaya qoşulmaq və daha çox heyvana kömək etmək istəyən hər kəs vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida və digər ehtiyaclarının qarşılanması üçün istifadə ediləcək.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. 

İqtisadiyyat       Tarix: 02 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti


azerbaycan xeberleri yeni xeberler son xeberler beynelxalq bank mezenne xeber az son xeber sonxabar