Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Hər ay 220 manat

Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Hər ay 220 manatVətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası"nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.
Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.
Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?
Bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər:
"Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır".
Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: "Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir."
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var – deyə Turan Abdullazadə qeyd edib. / azxeber.com

Sosial       Tarix: 13 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler gunun xeberleri son.xabar ensonxeberler