Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…İqtisadçı, sabiq deputat Vahid Əhmədovun açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, pensiya sistemində dəyişikliklərə ehtiyac var.
Sitat: "İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyir və onların fərdi hesablarında vəsait toplanır. Elə şəxslər var ki, həmin hesabda 200-400 min manat vəsait formalaşıb. Hesab edirəm ki, onlar pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını qarşılamaq üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına topladığı vəsaitdir".
Bu təklifin həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarına uyğundurmu?
azxeber.com xəbər verir ki, "globalinfo.az"a danışan iqtisadçı Eyyub Kərimlinin fikrincə, pensiya sistemində hərtərəfli islahatların keçirilməsi məqsədəuyğun olardı:
"Vahid Əhmədovun qeyd etdiyi məsələlərin həyata keçirilməsi, hesab edirəm ki, ölkəmizdə özəl pensiya fondlarının fəaliyyəti mümkün olduqdan və onlar fəaliyyətə başladıqdan sonra reallaşa bilər. Həmin məsələlər də məhz o zaman öz həllini tapa bilər. Əlbəttə ki, kimin sığorta pensiyası kapitalı daha yüksəkdirsə, o şəxs daha yüksək pensiya ala bilər. Bildiyiniz kimi, bizdə sosial sığorta sistemində daha yüksək pensiya kapitalı toplayan şəxs, bir qayda olaraq, daha yüksək pensiya alır".
İqtisadçı deyib ki, Vahid Əhmədovun qeyd etdiyi məsələyə gələcəkdə baxıla bilər:
"Beynəlxalq təcrübədə də, əsasən Türkiyədə, bəzən belə hallara rast gəlinir ki, insanlar pensiya kapitalının müəyyən hissəsini əvvəlcədən, birdəfəlik götürmək imkanına malik olurlar. Gələcəkdə Azərbaycanda da belə imkanların yaradılması mümkündür. Hazırda isə mövcud pensiya sistemində bunun həyata keçirilməsi nəzərdə tutulmur".

Sosial       Tarix: 08 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə 11 saylı binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar metbuat sonxeber.az son xeberler az