Pensiya kapitallarında niyə dəyişiklik edilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb.
DSMF-dən KONKRET.az -a verilən məlumata görə, pensiya kapitallarında dəyişikliklər müvəqqətidir.
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib.
Bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur.
Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.
Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Emal prosesinin 11 oktyabr 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq", – məlumatda qeyd edilib.

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib