Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb

Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıbPentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb
Xəstəxanada yatdığını gizlədən Pentaqon rəhbərinin daha bir olayı məxfi saxladığı üzə çıxıb. Belə ki, onun xərçəng xəstəliyinə tutulduğunu yanvarın 9-na qədər Ağ Evdə heç kim bilməyib.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden Pentaqonun rəhbərinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı ötən həftə, Milli Təhlükəsizlik Bürosundan bir gün sonra məlumatlandırılıb.
Ağ Ev sözçüsü diaqnozun və xəstəxanaya yerləşdirilmənin gizlədilməsi faktına baxmayaraq, Baydenin Ostinə tam etibar etdiyini vurğulayıb.
"Mən konkret situasiyada xüsusi şəxsi toxunulmazlıq hüququ ilə bağlı prezidentin düşüncələrinə müdaxilə etmək fikrində deyiləm. Prezident ilk növbədə nazir Ostindən narahatdır, Bayden onun Müdafiə Nazirliyinə rəhbərlik etmək qabiliyyətinə tam əmindir və sevinir ki, Pentaqon rəhbəri sağalmaq üzrədir", - deyə Kirbi vurğulayıb.
O, həmçinin, Ostinin vəziyyətinin ABŞ-nin təhlükəsizlik maraqlarını təhdid etmədiyini bildirib, nazirin xəstəxanaya yerləşdirilməsi zamanı Silahlı Qüvvələrin hərbi əməliyyatlar apardığını qeyd edib.
Kirbi xatırladıb ki, yanvarın 4-də ABŞ hərbçiləri Bağdadda iranyönümlü şiə hərəkatı "Hizbullah əl-Nucaba" komandirlərindən birinin ölümünə səbəb olan zərbələr endirib, əlavə olaraq ABŞ ordusu Qırmızı dənizdə pilotsuz təyyarələri və raketləri vurub.
"Bütün bu müddət ərzində o (Ali Baş Komandan Bayden) buna nəzarət edib", - deyə Ağ Ev nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, yanvarın 1-i axşam Ostin "Uolter Rid" Milli Tibb Mərkəzində (Meriland) xəstəxanaya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub. Sonradan ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib.
Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya səbəb olduğu vurğulanıb. ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl müdafiə nazirinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Mənbə: TASS / oxu.az

Maraqlı       Tarix: 10 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler kriminal xeberler metbuat xeberleri iqtisadiyyat xeberleri bugun