Pentaqon rəhbərinin xəstəxanadan nə vaxt buraxılacağını bilmir
ABŞ Müdafiə Nazirliyi hələlik nazir Lloyd Ostinin xəstəxanadan nə vaxt buraxılacağını bilmir.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən müdafiə naziri Lloyd Ostin sağalıb və əhvalı yaxşıdır.
"Müdafiə idarəsinin rəisi yanvarın 5-də öz vəzifəsinin icrasına başlayıb. Onun təhlükəsiz kommunikasiya kanallarına tam çıxışı var və Müdafiə Departamentinin bütün dünya üzrə əməliyyatlarını gündəlik olaraq izləməyə davam edir.
Dünən nazir ABŞ prezidenti Co Baydenlə danışıb. Ostin həmçinin ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunla da əlaqələr saxlayır. Hazırda xəstəxanadan dəqiq buraxılış tarixi mövcud deyil, məlumat əldə olunduqca nazirin səhhəti ilə bağlı yenilikləri təqdim etməyə davam edəcəyik".
Bundan əvvəl "Politico" qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.Report
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi