Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə birinci mərhələ başa çatdı
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə birinci mərhələ başa çatdı
2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə sözügedən mərhələ zamanı ümumilikdə 2091 müraciət daxil olub.
Elektron müraciət mərhələsi üzrə müsabiqə nəticələrinin 7 oktyabr 2020-ci il tarixinədək elan edilməsi nəzərdə tutulur.
Müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar müraciətçinin "Şəxsi kabinet" bölümündə yer alacaq.
Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün 8-17 oktyabr tarixlərində müsahibə həyata keçiriləcək. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri haqqında həm "Şəxsi kabinet" vasitəsilə, həm də telefon vasitəsilə məlumat veriləcək.
Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq. Müsabiqədə ümumtəhsil fənn müəllimlərinin seçimi zamanı isə namizədin MİQ və diaqnostik balı əsas götürüləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR