Peskov oktyabrın 31-də Putin, Əliyev və Paşinyan görüşünü təsdiqlədi
Oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin , Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü baş tutacaq.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlar Soçidə keçiriləcək . Görüş Rusiyanın təşəbbüsü ilə baş tutacaq .
Bildirilib ki, danışıqlar zamanı liderlər 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gələcək addımları nəzərdən keçirəcəklər.
Kremlin məlumatına görə, liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər.
Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri də planlaşdırılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü