Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını ŞƏRH ETDİ
Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını şərh edib.
KONKRET.az"RİA Novosti"yə istinadla xəbər verir ki, Rusiya-Ermənistan-Azərbaycan sammitində Rusiya sülhməramlılarının mandatının Soçidə uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə suala Kreml görüşün özünü gözləməyi təklif edib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğunu bəyan edərək, şərtləri Rusiyanın müəyyən etməli olduğunu qeyd edib.
"Görüşün özünü gözləmək lazımdır", – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, bazar ertəsi Soçidə Rusiya-Azərbaycan-Ermənistan sammiti keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri də planlaşdırılır.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü