Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: "Gəmilər məhv ediləcək"
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün silah-sursat daşındığını iddia etdiyi yük gəmilərinə zərbələri davam etdirəcək.
KONKRET.az xəbət verir ki, "Komsomolskaya Pravda"nın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Ukraynanın Rusiya ərazisində mülki və iqtisadi obyektlərə zərbələr endirməsindən sonra "pandora qutusu" açılıb.
"Çox sayda ticarət gəmisindən silah-sursat, yanacaq və Ukrayna Silahlı Qüvvələrinin məqsədləri üçün nəzərdə tutulan digər yüklərin daşınmasında istifadə olunur. Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək", – deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya bu addımları özünün Ukraynadan gələn zərbələrə cavabı kimi qiymətləndirir.
Peskov zərbələrin Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir edib-etməyəcəyi ilə bağlı suala isə "Xeyr, göstərə bilməz" cavabını verib.
Qeyd edək ki, son həftələrdə Qara dənizdə yük və ticarət gəmilərinə hücumlar artıb. Rusiya Müdafiə Nazirliyi daha əvvəl iki yük gəmisinin Ukrayna ordusu üçün silah-sursat və hərbi texnika daşıdığını bildirərək onlara zərbələr endirildiyini açıqlamışdı.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı