Peyvəndlənmə fərdin sosial məsuliyyətidir

Peyvəndlənmə fərdin sosial məsuliyyətidirHazırda bütün dünyada COVID-19 pandemiyasına qarşı ardıcıl mübarizə aparılır. Ölkəmiz pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi tədbirlərlə dünyanın bir çox ölkələrinə örnək təşkil edir.  Əminliklə deyə bilərik ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. 
Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılıb. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır. 
Peyvəndlənmə hər bir vətəndaşın sosial məsuliyyətidir. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq. Xüsusilə, ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onlarn hər biri effektiv və təhlükəsizdir.
COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən "İmmunitet sertifikatı"nın etibarlılıq müddəti 6 ay qəbul edilib. "İmmunitet sertifikatı"nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı" müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
Bütün dünyada qəbul onduğu kimi pandemiyaya qarşı mübarizənin ən effektiv yolu vaksinasiya prosesində fəal iştirak etməkdir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir:
Qeyd etməliyik ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. 
Vaksinləmə prosesində əhalinin vaksinasiya olunması ilə yanaşı, əldə olunan vaksin sayı çox mühüm rol oynayır. Yəni qısa zamanda daha çox əhalinin vaksinasiyanı həyata keçirmək daha effektivdir, tək doza olmuş olsa belə. Nəinki uzun zaman ərzində az insana iki doza vaksin vurdurmaq. Yəni buna görə də vaksin strategiyalarında mütəmadi dəyişikliklər oluna bilər. Hazırda Azərbaycanda yetərincə insan vaksinasiya olunduğu üçün bu barədə bir problem yaşandığını düşünmürük.
Bu arada insanlar vaksinasiya ilə bağlı müxtəlif suallar verməkdədirlər. Birinci, ikinci, hətta üçüncü dozanın kimlər üçün nəzərdə tutulduğu sual olunur. "COVID pasportu" ilə bağlı çoxsaylı suallar da verilməkdədir. İlk olaraq qeyd edək ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Artıq xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Peyvəndlənmə fərdin sosial məsuliyyətidir: "Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar. Həmçinin yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı" müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar da davam etdirilir".
Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
Gülnarə Qarayeva,
10 saylı şəhər poliklinikasınin baş həkimi

Sosial     Baxılıb: 262   Tarix: 30 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

"Bu, strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Sərəncam ölkədə həyata keçirilən sosialyönümlü siyasəti

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib. Nəticəd

Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA

Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən təhsil müəssisəsind

Bu şəxslərə qapı açmayın - Qohum olsa belə

Evin qapısı açıq ola bilər, amma ruhun sərhədləri hər kəs üçün deyil. Yaxın bir insanı gözləmək çox vaxt demək olar ki, fiziki səviyyədə hiss olunan sevinc gətirir. Qapı arxasında addım səsləri ürəyin döyüntüsünü sürətləndirir

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

Bu həftə iş saatı qısaldılacaq

Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.  xəbər verir ki, ölkədə fəaliyyət göstərə

Yağışa görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetm


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər xeberler az xabar az cəbhədən son görüntülər