Pezeşkian: "Suyumuz, torpağımız bir olub, biz qohumuq"
İran prezidenti Məsud Pezeşkian "Hökumət həftəsi" çərçivəsində çıxışı zamanı Azərbaycanla bağlı söylədiyi fikirlərə görə ona yönələn ittihamlara münasibət bildirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Pezeşkian qətiyyətli mövqe sərgiləyərək deyib: "İndi biri çıxıb bir mediada soruşur: "Kim deyib ki, onlar bizim qardaşlarımızdır?" Mən deyirəm ki, onlar bizim qardaşlarımızdır!"
O, çıxışında İran və Azərbaycanın tarixi bağlarına diqqət çəkərək vurğulayıb: "Əslində bizim suyumuz, torpağımız bir olub. İndi arada sərhəd çəkilib. Necə ki, məhəllədəki qonşuların hərəsinin öz evi var, hərə də öz evinin sahibidir. Amma biz bir-birimizlə qardaşıq, qohumuq".
Xatırladaq ki, iyulun sonunda Zəncana səfəri zamanı Pezeşkianın "Azərbaycan bizim qohumumuz və doğmamızdır" fikri İranda geniş rezonans doğurmuşdu. Həmin vaxt prezident Azərbaycanla münasibətlərin istənilən səviyyədə olmamasına görə məsuliyyətin İran tərəfinin üzərində olduğunu da bildirmişdi.
Pezeşkianın bu açıqlamaları İrandakı anti-Azərbaycan dairələr və paniranist cərəyan tərəfindən narazılıqla qarşılanıb. Onlar son həftələrdə prezidentin əleyhinə çoxsaylı yazılar və çıxışlar yayımlayıblar. Hətta bəziləri Azərbaycanı kinayə ilə "Pezeşkianın qohumları" adlandırıblar.
Qeyd edək ki, bu kampaniyada ötənilki prezident seçkilərində Pezeşkianın rəqibi olmuş Səid Cəliliyə yaxın çevrələr, eləcə də onun tərəfdarı "Sabitlik Cəbhəsi" təşkilatının siyasətçiləri fəallıq göstərib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO