Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir

Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdirPnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar - siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.
"Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb ola bilər. Bakterial pnevmoniyalar həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. Bakterial pnevmoniyanın əlamətləri titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, yaşıl və ya sarı bəlğəm ifrazıdır. Qeyd etmək lazımdır ki, pnevmoniya ilə xəstələnməyə görə yüksək risk qrupuna daxil olan uşaqlar, yaşlı və immun sistemi zəif xəstələrdə əlamətlər fərqli ola bilər. Hətta bəzi hallarda temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniyalar zamanı adətən ağciyərin ancaq bir payı zədələnir ki, buna da lobar pnevmoniya deyilir. Antibiotiklərlə bakterial pnevmoniyaların müalicə edilməsinə baxmayaraq, bəzi antibiotiklərə davamlı bakterial pnevmoniyalar müalicədə problem yaradır.
Pnevmoniyaların təxminən yarısı viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəyməyə bənzər simptomlarla - adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi əlamətlərə rast gəlinir. Xəstəlik inkişaf etdikcə təngnəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəm ifrazı ilə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalarda antibiotiklərlə müalicə effektsizdir. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da qoşula bilər.
Mikoplazmaların törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər", - deyə mütəxəssis bildirib.
Kafedra müdirinin sözlərinə görə, bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər: "Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir. Pnevmosist pnevmoniyaları QİÇS olan xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi zəif olan, orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə və ya digər immun zəiflədici dərmanlarla müalicə alan xəstələr də pnevmosist pnevmoniyaları ilə xəstələnməyə görə risk qrupuna aiddirlər. Pnevmosist pnevmoniyaları zamanı ən çox müşahidə edilən əlamətlər uzun sürən öskürək, qızdırma və təngnəfəslikdir.
R.Bayramov qeyd edib ki, kimdəsə öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırma olarsa, mütləq həkimə müraciət etməsi tövsiyə olunur. Pnevmoniyaya vaxtında diaqnoz qoyulub, düzgün müalicə aparılmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəli ola bilər. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq, kompleks olaraq aparılmalıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son xəbərlər 2026 kriminal bugun son xeber 2026