Polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın övladlarından XƏBƏR VAR
Polis əri tərəfindən şöbədə qətlə yetirilən Xanım Məmmədovanın övladlarından xəbər var.
Azxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a onun qardaşı Aqil Əliyev məlumat verib.
Qardaşının sözlərinə görə, uşaqlar babalarının yanındadırlar:
"Oğlunu Qaxda məktəbə qoymuşuq, qızı isə balacadır, bağçaya gedir. Mənim balaca qızımla birlikdə bağçaya qoyduq ki, başı qarışsın. Uşaqlar hələ hadisənin şokundan çıxmayıblar. Məsələ ilə bağlı çoxlu çəkilişlər aparıldı, uşaqları danışdırdılar.
Bacımın oğlunun 6 yaşı var, səlis danışır. Bu günə qədər hadisələr elə uşaqların gözü qarşısında baş verib. Dəfələrlə bacımı döydüyünü uşaqlar da deyib".
Qeyd edək ki, sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı güllələyərək öldürüb.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib və daxili işlər orqanlarından xaric edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR