Polisin Aydın Babayevi məhv etməsi nə dərəcədə zəruri idi? - DİN-dən AÇIQLAMA

Polisin Aydın Babayevi məhv etməsi nə dərəcədə zəruri idi? - DİN-dən AÇIQLAMADünən sevgilisinə bıçaqla xəsarət yetirdiyi üçün onu şöbəyə dəvət edən iki polis əməkdaşını bıçaqlayan Aydın Babayev bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilərək məhv edilib.
azxeber.com xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı ilkin açıqlamasında bildirib ki, A.Babayevin saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib.
Bir neçə saat sonra isə Baş Prokurorluq açıqlama yayaraq həmin şəxsin əl qumbarası ilə özünü və polisləri partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirildiyi qeyd edilib.
Bunun ardınca sosial şəbəkələrdə Aydın Babayevin məhv edilməsini tənqid edənlər sual ediblər ki, həmin şəxs polisə real olaraq təhlükə yaradıbmı? Həmçinin, prokurorluğun məlumatında Aydın Babayevin müqavimət göstərməyə cəhd etdiyinin qeyd edilməsi suallar yaradıb.
Ehsan Zahidov bununla bağlı "Qafqazinfo"ya növbəti açıqlamasında qeyd edib ki, onun səhər saatlarında sorğuya cavab olaraq verdiyi açıqlama ilkin məlumat əsasında hazırlanıb:
"Mənim cavabımdan sonra hadisə yerinə ətraflı baxış keçirilib və təfərrüatlar öyrənilib. Mən qeyd etdim ki, polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilib. Prokurorluğun da məlumatında bildirilir ki, hadisə yerindən, evdən boş giliz tapılıb. Bu özü onu sübut edir ki, Aydın Babayev polis əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib. Buna görə də Baş Prokurorluğun rəsmi açıqlaması ilə mənim sorğuya cavab olaraq verdiyim ilkin məlumat arasında heç bir ziddiyyət yoxdur".
E.Zahidov həmin şəxsin məhv edilməsinin zəruriliyi barədə sualı da cavablandırıb:
"Həmin şəxsin üzərində tapança və qumbara olub. Bu da axtarışda olan şəxsin saxlanılması üçün cəlb edilən əməliyyat qrupunun üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə idi. Üstəgəl, bu adam əməliyyat vaxtı üzərində olan tapançadan istifadə edərək polisə atəş açıb. Həmçinin, bir gün öncə də xidməti vəzifələrini yerinə yetirən iki polisi bıçaqlayaraq hadisə yerindən qaçaraq gizlənib. Demək ki, həmin şəxs çox təhlükəli, silahlı bir cinayətkardır. Polis əməkdaşları mövcud qanunvericiliyin tələblərinə uyğun davranıblar.
Ən demokratik dövlətlərdə, Amerikada, Avropanın inkişaf etmiş ölkələrində belə bir şəxsin məhv edilməsi üçün heç vaxt tərəddüd edilmir. Həmin ölkələrdə müqavimət göstərən şəxsin silahlı olması barədə şübhə yarananda heç atəş açmasa belə, o, dərhal məhv edilir".
Xidmət rəisi əlavə edib ki, dünən bıçaqlanan polislərdən biri ürək nahiyəsindən xəsarət alıb:
"Hazırda hər iki polis əməkdaşı xəstəxanadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Həkimlər onların həyati təhlükəsinin aradan qaldırılması üçün çalışırlar".

Sosial       Tarix: 14 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal