Politico: "Qərb Ukraynanın tezliklə NATO-ya daxil olmasını istəmir"
Qərb ölkələri Ukraynanın dərhal Şimali Atlantika Alyansına (NATO) daxil olmasından qorxur, çünki onlar Rusiya ilə müharibə istəmirlər.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" qəzetində dərc olunan məqalədə deyilir.
"Ukraynanın NATO-ya sürətli üzv olmaq istədiyini elan etməsi ABŞ Prezidenti Co Baydenin administrasiyası üçün sürpriz oldu", – ABŞ rəsmiləri bildirib.
Qeyd olunub ki, 1949-cu ildə imzalanmış Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə görə, Ukraynanın NATO-ya üzvlüyü Vaşinqton üçün aktual mövzu olub.
"Qərb Ukraynanın dərhal NATO-ya daxil olmasının ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən qorxur", – nəşr yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb. Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərin alyansın bu müraciətə baxmağa hazır olub-olmaması ilə bağlı birbaşa sualına cavab verməyib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü