Politoloq: "ABŞ minalanmış ərazilərlə bağlı İrəvana təzyiq edə bilər" - VİDEO

Politoloq: "ABŞ minalanmış ərazilərlə bağlı İrəvana təzyiq edə bilər" - VİDEOPolitoloq: "ABŞ minalanmış ərazilərlə bağlı İrəvana təzyiq edə bilər" - VİDEO
"ABŞ İrəvana minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verməsi üçün təzyiq edə bilər".
Bunu ARB24-ün "Nə baş verir?" verilişində ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubu şərh edən politoloq Şəbnəm Həsənova qeyd edib.
O bildirib ki, Co Bayden Azərbaycana münasibətində sələfindən fərqli mövqe nümayiş etdirmir:
"Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf etməyə davam edir. Sözügedən məktub əslində Baydenin bu istiqamətdə olan arzusunu özündə ehtiva edir. Azərbaycan özü də Baydenin sələfinin dövründəki Azərbaycan deyil. Müharibə zamanı ABŞ KİV-i də qeyd edirdi ki, onların başı seçki prosesinə qarışdığı müddət ərzində Azərbaycan Cənubi Qafqazda öz reallığını yaradır və ərazi bütövlüyünü bərpa edir. Təbii ki, Bayden də yeni yaranmış geosiyasi reallığın fərqindədir.
Bundan başqa, ABŞ Azərbaycanla Ermənistan arasında barışığın təşkil olunması istiqamətində öz töhfəsini verə biləcəyini qeyd edir. Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə başlasaq da, ərazilərin minalarla doldurulması bizə mane olur. Düşünürəm ki, bizə minalanmış ərazilərin xəritəsini vermədiyi üçün ABŞ-ın İrəvana bu istiqamətdə təzyiqi ola bilər. Çünki ABŞ yeni yaranan reallığı qəbul edir və bu məktubda onun sərgilədiyi mövqe 9 noyabr 2020-ci bəyanatı ilə üst-üstə düşür".
ABŞ-la Azərbaycan arasında təhlükəsizlik baxımından böyük əməkdaşlıq mövcud olduğunu qeyd edən politoloq onu da bildirib ki, ABŞ Xəzər dənizində enerji imkanlarının inkişaf etdirilməsində son dərəcə maraqlıdır.

/oxu.az

Siyasi       Tarix: 21 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber