"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır.
KONKRET.azxəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Rusiya Federasiyası Dənizçilik Kollegiyasının sədri Nikolay Patruşev bəyan edib.
Militarist əhval-ruhiyyəli Sikorski Rusiya prezidentinin Rusiyanın heç kim üçün təhlükə törətmədiyi və ölkənin Avropaya qarşı hərbi əməliyyatlar aparmaq üçün heç bir səbəbinin olmadığı barədə sözlərini eşitmək istəmir.
Sikorski haqqında danışan Patruşev qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri onu tarixdən və Rusiyadan xəbərsizliyi ilə heyrətə salıb. Rusiya liderinin köməkçisinin sözlərinə görə, Sikorski "məmnuniyyətlə bildirib ki, heç vaxt Sankt-Peterburqda olmayıb və Müqəddəs İsaak Kafedralı, yaxud şəhərin digər tanınmış yerləri haqqında heç bir təsəvvürü yoxdur".
Patruşev Rusiyaya hücum baş verərsə, Polşa dövlətçiliyinin qorunub saxlanacağına şübhə ilə yanaşıb. O hesab edir ki, Sikorski və Polşa hökumətinin digər nümayəndələri Polşanın əzəmətini bərpa etməkdən danışsalar da, əslində "sağlam olmayan ambisiyaları" — Polşanı "dənizdən-dənizə" böyütmək və Avropanı mövcud olmayan "Rusiya təhlükəsindən" qorumaq planlarını dirçəltməyə çalışırlar.
"Deyəsən, Polşa rəhbərliyi tarixin dərslərini unudub. Onlar Minin və Pojarski ordularının 17-ci əsrin əvvəllərində əcdadlarını ölkəmizdən necə qovduğunu unudublar. Eləcə də Rusiya İmperiyasının Polşa Krallığına nə qədər vəsait qoyduğunu unudublar — bu ərazi, yeri gəlmişkən, imperiyanın digər hissələrindən daha varlı və firavan idi".
Patruşevin sözlərinə görə, Varşava həmçinin SSRİ-nin Polşanı faşist Almaniyasından azad etməkdə və İkinci Dünya müharibəsindən sonra onun suverenliyinin və çiçəklənməsinin bərpasındakı roluna hörmətsizlik edir.
O bildirib ki, Sikorski "rusofob dəliliyi" içərisində Polşanın dinc mövcudluğunu təmin etmək istəmədiyini daim nümayiş etdirir və eyni "tarixi tələ"yə doğru addımlayır.
Patruşevin fikrincə, Polşa xarici işlər nazirinin rəhbəri Rusiyanın hərbi gücünü lazımınca qiymətləndirmir və başa düşmür ki, Rusiya xüsusi hərbi əməliyyat zamanı Silahlı Qüvvələrinin tam potensialından istifadə etməyib.
"Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski, görünür, dərk etmir ki, Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə edəcək və Polşa dövlətçiliyi 2–3 gün ərzində mövcud olmaqdan qalacaq".
Qeyd edək ki, sentyabrın 13-də Sikorski NATO-ya çağırış edərək, Kalininqrad vilayətinin sərhədləri yaxınlığında "aqressiv təlimlər" keçirməyi təklif etdi. O bildirdi ki, Varşava bölgəni izləyir və orada "demək olar ki, heç bir qoşun yoxdur".
Təklif edirəm ki, biz də öz tərəfimizdən elə aqressiv təlimlər keçirək ki, Vladimir Putin bizim nə edəcəyimizdən əmin olmasın. Bu da onu Ukraynadan müəyyən qüvvələri geri çəkməyə vadar edəcək" — deyə Sikorski bildirib.
Polşanın Baş naziri Donald Tusk da öz növbəsində Varşava ilə Moskva arasında gərginliyin artacağını proqnozlaşdırıb. O hesab edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təzyiqinin güclənməsi Polşaya da təsir göstərə bilər. Bununla belə, Tusk "ən pis ssenarinin baş verməyəcəyinə" ümid etdiyini bildirib.
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 15 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari kriminal xeberler şou biznes xəbərləri dunya xeberleri