"Polşa ərazisinə raketi Ukrayna atıb, amma əsl günahkar Rusiyadır
"NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür".
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, ilkin məlumatalara görə, Polşa ərazisinə raketlərin atılması Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.
"Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır", - Baş katib söyləyib.
O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.
Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: "NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik".
Y.Stoltenberq deyib ki, NATO ölkələri Polşadakı insidentlə əlaqədar məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsindən istifadə etmək niyyətində deyil.
NATO-nun Baş katibi əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchizatı alyans üçün prioritetdir.
///Report / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü