Polşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİ

Polşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİPolşa Respublikasının Prezidenti Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
KONKRET.az xəbər verir ki, görüşdə Mərkəzin üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic, Robert F.Kennedy İnsan Hüquqları Fondunun Prezidenti Kerry Kennedy, "ExxonMobil" şirkətinin vitse-prezidenti Jan Baderşnayder, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer, Amerika Xarici Əlaqələr Komissiyasının Prezidenti Suzan Elliott, Mərkəzin baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
Görüşün əvvəlində Prezident Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə bu çətin dövrdə göstərdikləri dəstəyin və həmrəyliyin əhəmiyyətini vurğulayaraq öz təşəkkürünü bildirib. Hazırda regionda baş verən və bütün Avropanın gələcəyinə təsir edən Ukrayna müharibəsi və müharibənin ərzaq təhlükəsizliyinə, beynəlxalq nizama etdiyi təsir və təhlükə görüşün əsas müzakirəsinə çevrilib. Prezident bu müharibənin təkcə Avropanın deyil, bütün dünya ölkələrinin başlıca problemi olduğunu vurğulayıb.
Mərkəzin üzvləri Polşa xalqının yaranmış qaçqın böhranının həllində oynadığı önəmli rolu vurğulayaraq Prezidentə minnətdarlıqlarını bildirib və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini bildiriblər.
Sonra müəllifi Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa olan "Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər", Mərkəzin təşəbbüsü ilə nəşr olunmuş "Qələmin sehri, Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar" adlı kitab Polşa Prezidentinə təqdim olunub.
Daha sonra qonaqlar Polşa Prezidentini qarşıdan gələn 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Bakıya dəvət ediblər.
Görüşün sonunda Prezident Duda qonaqlarla xatirə şəkli çəkdirib.
Polşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİPolşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİPolşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİPolşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİPolşa Prezidenti Azərbaycana səfərə DƏVƏT EDİLDİ

Siyasi       Tarix: 16 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar axsam.az xeberler son xəbərlər cəbhədən son dəqiqə