"Post-sovet"dən "post-rus" Ermənistana: Paşinyan təhdidləri BELƏ aradan qaldırır - ŞOK SSENARİ
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da paylaşdığı məlumatda "Armeniya Elektrik Şəbəkələri" şirkətinin (məhbus rus biznesmeni Samvel Karapetyana məxsus) milliləşdirilməsi planının hazır olduğunu və tezliklə praktikaya keçəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan həmçinin dövlət çevrilişi cəhdindən danışıb. Ermənistanın Civic nəşri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, Karapetyan, "Qazprom Armenia" və RJD-yə məxsus Cənubi Qafqaz Dəmir Yollarının iştirakı ilə hökumətin devrilməsi planını açıqlayıb. Sənədin linkini Paşinyan özü də paylaşıb.
Zorakı yolla hakimiyyət ələ keçirmək və sabitliyi pozmaq ittihamları ilə həbs edilən Karapetyanın saxlanması ilə eyni vaxtda Paşinyan ENA-nın fəaliyyəti barədə tənqidlər səsləndirib və şirkəti ölkənin energetika sisteminə zərərli adlandırıb. Bu addım iqtisadi tədbir kimi yox, strateji resursa dövlət nəzarətini bərpa etmək kimi qiymətləndirilib.
Lakin bu ritorikanın arxasında Ermənistanın daxili və xarici siyasətində daha dərin dəyişiklik dayanır. ENA-nın milliləşdirilməsi təkcə konkret biznesmendən qurtulma deyil, həm də ölkənin rus iqtisadi orbitindən tədricən ayrılması deməkdir.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır