"Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər
Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir.
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib.
Bildirib ki, iyun ayının 19-da "Lor Hospital"da həyat yoldaşı və 5 yaşlı qızı ilə birlikdə COVİD-19 testi verib. Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilsə də, 12 gün sonra neqativ olduğu söylənilib:
"Özümüzdə koronavirusun simptomlarını müşahidə etdiyimiz üçün ailəvi olaraq test verdik. Daha sonra nəticəmizlə bağlı xəstəxana ilə əlaqə saxlayanda bildirildi ki, cavab pozitiv olduğundan mesaj göndərilmir və nəticələr e-təbib-ə yüklənəcək.
103-ə zəng vurduq və onlar da ev şəraitində qalmağımızı, nəfəs darlığı problemimiz olmadığı üçün xəstəxanaya aparılmayacağımızı söylədilər. Biz də ev şəraitində müalicə olunduq, vitamin C, D və hər ehtimal antibiotiklər qəbul etdik. Ərimə sistem vuruldu. 12 gün sonra yaxşılaşdığımız üçün adımızın e-təbib-də sistemdən silinməsi üçün yenidən müraciət etdik. Sistemdə həyat yoldaşımın adı çıxdı, bizim çıxmadı. Yenidən "Lor Hospital"la əlaqə saxladığımız zaman bizə qızımla mənim nəticələrimizin neqativ olduğu bildirildi. Ancaq başda deyilmişdi ki, cavab neqativ olduğu təqdirdə bizə SMS gələcək, pozitiv olduğu təqdirdə isə sistemə adımız əlavə olunacaq. Heç biri edilmədi".
S. Qəmbərova xəstəxananın nəticələri TƏBİB-in sisteminə səhv təqdim etdiyi üçün, sonradan onların özünə də neqativ göstərildiyini iddia edir:
"Üçümüzə də cavabın pozitiv olduğu deyildiyindən biz bu müddət ərzində eyni evdə qalmışıq. Qızımda da, məndə də eyni simptomlar olub, ikimizin də hərarəti yüksək idi. Necə olur ki, yoldaşımda pozitiv, bizdə neqativ olur? Bir ana kimi övladım üçün mənəvi stress keçirmişəm. İndi deyirlər ki, virusa yoluxmayıb. Poliklinikadan da bizə bildirildi ki, haqqımızda onlara hər hansı məlumat verilməyib. Bu səbəbdən bizimlə maraqlanan olmayıb. 100 manat verib test etdirdik, nəticəsi də belə".
Klinikanın icraçı direktoru Arif Cəbrayılov məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, məlumat yanlışdır və şikayətçi ilə qızının nəticələri TƏBİB-in bazasına neqativ olaraq yerləşdirilib:
"Neqativ olması ilə bağlı nəticələri hazırdır, gəlib götürə də bilər. Yanlış informasiyadır".
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ