Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir - VİDEO

Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir - VİDEOPrezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir - VİDEO
Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Prezident Administrasiyasında yaradılacaq yeni sistem ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar dalğasına təkan vermək, ictimai nəzarəti gücləndirmək və idarəçilikdə səmərəliliyi artırmaq üçün effektiv rol oynayacaq. 
Sərəncama əsasən, Administrasiyada Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılmalı, eləcə də, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun göstəricilər üzrə qiymətləndirilməlidir. 
Bu məsələ ilə bağlı Baku TV millət vəkillərinin rəyini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu addım qərarların icra vəziyyətini yaxşılaşdıracaq, eyni zamanda, məsul şəxslərin vəzifələrinə çox məsuliyyətlə yanaşmalarına kömək edəcək:
"Görülən işlər barədə məlumatlar elektron qaydada yayımlanacaq. Sərəncam idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mütərəqqi addım və icra başçılarına nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir". 
Millət vəkili Arzu Nağıyev isə deyib ki, fəaliyyətin çevikliyi, operativliyi arzu olunan səviyyədə deyildi: 
"Operativliyi yenidən tənzimləmək üçün cənab Prezidentin imzaladığı bu sərəncam çox mühüm əhəmiyyət kəsb edir. Bu tək icra başçıları deyil, ümumiyyətlə icra orqanları ilə bağlı sənəddir. Plan tərtib olunarkən qarşısında müddəti və icraçısı göstərilir. Bu müddətə riayət olunmalı, icraçı isə birbaşa cavabdehlik daşımalıdır". 
Qeyd edək ki, dövlət başçısının ötən gün imzaladığı sərəncama əsasən, Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Həmçinin, Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək, icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə ölkə başçısına ildə iki dəfə məlumat vermək tapşırılıb. 

/oxu.az

Siyasi       Tarix: 18 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun sou biznes xeber xeber.az son xeberler