Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub - FOTO

Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək.
Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu, KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsidir. 
Qeyd edək ki, KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunub. Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun avadanlıqlar veriləcək. Ağalı kəndində fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd sakinlərinə də dəstək göstərəcəkdir.
Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış "Gillmed" tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur. 
Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub - FOTOPrezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub - FOTOPrezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub - FOTO

Sosial       Tarix: 28 may 2022
f Paylaş

Oxşar xəbərlər

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son görüntülər metbuat xeberleri beynelxalq bank mezenne