Prezident Azərbaycanın COP29-la bağlı imzaladığı Razılaşmanı təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
azxeber.com xəbər verir ki, Fərmana əsasən, iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma" təsdiq edilib.
Razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Fərmanda Azərbaycan Xarici İşlər Nazirliyinə Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməsi tapşırılıb.
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu bağçanı bit basıb?
Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər
Bu yolda hərəkət məhdudlaşdırılacaq