Prezident Bakı və Tbilisi arasında Qardaşlaşma haqqında Memorandumdan danışdı

Prezident Bakı və Tbilisi arasında Qardaşlaşma haqqında Memorandumdan danışdı"Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır".
Azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edərkən deyib.
"Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur. Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun. Tarixboyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar.
Mən bilirəm ki, siz Tbilisinin meri kimi çox böyük səylər göstərirsiniz və şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atmısınız. Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüş şəkildə aparılır. Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz. Bir daha xoş gəlmisiniz", - dövlət başçısı bildirib.

Siyasi       Tarix: 14 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun hava durumu bugunun xeberleri bu gunun xeberleri