Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladıPrezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb.
azxeber.com xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəlbdən salamlayıram.
Müstəqil Azərbaycan dövlətinin tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində müasir audit institutunun formalaşdırılması və inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin demokratik idarəetmə prinsiplərinə və bazar iqtisadiyyatının institusional əsaslarının formalaşdırılmasına verdiyi yüksək önəmin, ölkədə maliyyə intizamının və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edən uzaqgörən və məqsədyönlü dövlət siyasətinin mühüm təzahürü idi. Həmin Qanuna uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası ötən dövr ərzində ölkədə müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditor kadrlarının hazırlanması, şəffaflıq və hesabatlılıq mühitinin inkişaf etdirilməsi, habelə beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində olduqca əhəmiyyətli və zəruri işlər görmüşdür. Nəticə etibarilə, auditor xidmətlərinin əhatə dairəsi xeyli nəzərə çarpacaq dərəcədə genişlənmiş, maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu daha da artmışdır.
Auditorlar Palatasının yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın ölkəmizdə auditor peşəsinin son otuz ildə keçdiyi inkişaf yolunun elmi və praktik müstəvidə təhlili, auditor fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar özünüidarəetmə institutunun möhkəmləndirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi ilə bağlı mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Eyni zamanda, konfrans çərçivəsində audit fəaliyyətinin rəqəmsal transformasiya şəraitində yeni inkişaf istiqamətlərinin, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyasının, auditin ənənəvi uyğunluq funksiyasından kənara çıxaraq strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsinin, habelə peşə etikası və ictimai etimad prinsiplərinin möhkəmləndirilməsinin müzakirə olunması müasir dövrün tələbləri baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı müasir şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi hər bir ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu xüsusda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərində şəffaflığın və operativliyin artırılması, habelə beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasının fəaliyyətinin səmərəliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır. Bununla yanaşı, auditor peşəsinin nüfuzunun və ona olan ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsi, habelə peşəkar kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlər sırasındadır.
Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər ölkəmizdə auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, auditdə rəqəmsal transformasiyanın və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, audit institutunun nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Bu əlamətdar yubiley münasibətilə Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını bir daha təbrik edir, tədbirin işinə uğurlar arzulayıram".

Siyasi       Tarix: 16 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamad

Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərin

Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət 

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. müraciətin mətnini təqdim edir:

Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü

Əhliman Əmiraslanov Türkiyə parlamentinin deputatları ilə görüşüb. xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov oktyabrı

"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. azxəbər.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Əsgər atəş açıb, vətəndaşa zərər yetirib, insanları

Əliyev Sarkisyana müharibədən əvvəl hansı xəbərdarlığı edib? - Erməni bloqer elə şeylər danışdı ki

Tanınmış erməni jurnalist, populyar bloqer Roman Baqdasaryan 44 günlük müharibə haqda özünün növbəti efirini həyata keçirib. KONKRET.azxəbər verir ki, erməni bloqer bildirib ki, İlham Əliyevin Qarabağ məsələsindəki mövqey

Prezident: 'Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsind

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. KONKRET.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Putin İlham Əliyevi Rusiyaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib. teleqraf-a istinadən xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xəbərlər azərbaycanda bu gunun xeberleri haqqinda melumat