Prezident BƏƏ liderinə zəng etdi

Prezident BƏƏ liderinə zəng etdiİyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə toxunaraq, bu sahədə ölkələrimiz arasında mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb.
COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.
Dövlət başçısı ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Siyasi       Tarix: 05 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler gunun xeberleri xeberler bu qun maşın realiti şou