Prezident BMT-nin rezident əlaqələndiricisini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
azxeber.com xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.
Azərbaycanla BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.
Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırlayıb. O, bu gün Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.
Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Dövlət başçısı da işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını qeyd edib. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olunub.






Turlar.az [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı