Prezident bu məhkəmələrə hakim və sədrlər təyin etdi - SƏRƏNCAM

Prezident bu məhkəmələrə hakim və sədrlər təyin etdi - SƏRƏNCAMPrezident bu məhkəmələrə hakim və sədrlər təyin etdi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncamda deyilir:
1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər:
inzibati məhkəmələr üzrə:
Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilsin;
Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
Rəşad Şəmşir oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
hərbi məhkəmələr üzrə:
Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri təyin edilsin;
İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri təyin edilsin;
Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilsin;
Vladimir Yefimoviç Ruvinov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Rəşad Rafiq oğlu Mustafayev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Rafiq Rəşid oğlu Məmmədov Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdam Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Seyfəli İzzət oğlu Seyfullayev Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Beyləqan Rayon Məhkəməsinin hakimi təyin edilsin". /oxu.az

Siyasi       Tarix: 06 may 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber.az 2026 en son xeberleri son xabarlar