Prezident düyməyə basdı: yeni "əməliyyat" başlayır – Siyahıda onlar var
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev icra başçılarının yerdəyişməsi ilə bağlı sərəncamlar imzalayıb. Yeni təyinatlar yerli idarəetmədə səmərəliliyin artırılması və islahatların davamı kimi qiymətləndirilir. Lakin bu dəyişikliklərin korrupsiya, dəstəbazlıq və rüşvət kimi köklü problemlərin aradan qaldırılmasına təsiri müzakirə edilir.
İcra başçılarının yerdəyişməsi gələcək üçün nə vəd edir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Prezident ənənəyə uyğun olaraq yeni təyin olunan icra başçılarını qəbul etdi və onlara əsas vəzifələrinin xalqa xidmət etməkdən ibarət olduğunu bir daha xatırlatdı:
"O, çıxışı zamanı qeyd etdi ki, bəzi hallarda neqativ hadisələr, kənar müdaxilələr və ya vəzifəli şəxslərin qanunsuz tələbləri ilə qarşılaşmaq mümkündür, lakin belə halların qarşısı qəti şəkildə alınmalıdır. Dövlət başçısı hər bir icra başçısına tapşırdı ki, fəaliyyətlərində qanunvericiliyə riayət etsinlər, vətəndaşlarla düzgün ünsiyyət qursunlar və əsas məqsədləri kimi vətəndaş məmnunluğunun təmin edilməsini ön planda saxlasınlar. Təəssüf ki, son illərdə artıq 9-10 icra başçısı əsasən oxşar – korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Onların bir qismi barəsində məhkəmə qərar çıxarıb, digərlərinin işləri isə istintaq orqanlarında araşdırılır.
Bu fakt bir daha göstərir ki, hər bir dövlət məmuru, xüsusilə Prezidentin şəxsən təyin etdiyi və onunla birbaşa görüşən icra başçıları verilən etimadı doğrultmalı, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmalıdırlar. Onlar öz bilik və bacarıqlarını cəmiyyətin rifahına yönəltməli, insanlarla davranış qaydalarına əməl etməlidirlər. Prezident sözügedən şəxslərin daim diqqət mərkəzində olduqlarını, eyni zamanda yaxın ətrafları və qohumlarının davranışlarının da izlənildiyini vurğuladı".
Arzuxan Əlizadə
Deputat qeyd edib ki, insan faktoru nəzərə alınmaqla, gələcəkdə də korrupsiya, rüşvət və digər neqativ halların baş vermə ehtimalı tam istisna edilmir:
"Belə halların ümumiyyətlə baş verməməsi arzuolunandır. Hər bir vəzifəli şəxs – istər icra başçısı, istərsə də digər rəhbər postda olan məmur dövlətin etimadını doğrultmalı, öz işini şəffaf, ədalətli və məsuliyyətli şəkildə qurmalı, vətəndaşlarla işləməkdə ehtiyatlı davranaraq ümumi məmnunluğu təmin etməlidir".
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib