Prezident: "Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi"
Prezident: "Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi"
"Azərbaycan həmişə münaqişənin həll edilməsində maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf idik. Azərbaycanın mövqeyi konstruktiv olub".
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan münaqişənin həll olunmasını istəmirdi.
"Mən danışıqlar zamanı hiss edirdim ki, Ermənistan həll istəmir. Onlar həll istədiyini deyirdilər, amma onların atdıqları addımlar sülhə yönəlməmişdi", - deyə İlham Əliyev əlavə edib.
Onun sözlərinə görə, işğal müddətində müdafiə xətləri qurmaq, ərazilərin minalanması üçün Ermənistan tərəfindən yüz milyonlarla dollar sərmayə qoyulub.
"Biz aydın başa düşürdük ki, bu, əraziləri daim işğal altında saxlamaq üçün atılan addımlardır", - deyə Prezident əlavə edib.
Aqşin Kərimov
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi