Prezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLAR

Prezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib.
KONKRET.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.
Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.
Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.
Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.
Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud "president.az" rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər.
Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də vətəndaşlar qəbul ediləcəklər.
Qeyd edək ki, ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.
Prezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLARPrezident İlham Əliyev açılışda İŞTİRAK ETDİ - FOTOLAR

Siyasi       Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026