Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTOPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
-Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.
Sultan bin Səid əl-Mansuri deyib:
-Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.
Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin əhatə dairəsi artır.
Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.
Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə.
Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.
Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.
Sultan bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının önəmi vurğulanıb, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
18:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb. 
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTOPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTOPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan