Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.
KONKRET.azxəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.
Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulandı.
Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.
Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.
Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" – "Masdar" və "Azərbaycan Yaşıl Enerji Şirkəti" MMC arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L"IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalandı.

Siyasi       Tarix: 15 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir

"Korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübariz

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar