Prezident İlham Əliyev mümkün olmayanı mümkün etdi' - Deputat

Prezident İlham Əliyev mümkün olmayanı mümkün etdi' - Deputat"44 günlük müharibədə qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin xidmətləri danılmazdır. Məhz onun iradəsi, güclü mövqeyi, düzgün zamanı seçməsi və qətiyyət göstərməsi bu qələbənin qazanılmasında əsas rol oynadı".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev 44 günlük müharibədə qazanılan qələbədən danışarkən deyib.
Deputat qeyd edib ki, İlham Əliyevin Prezidentliyi dövründən başlayaraq Azərbaycan büdcəsinin xeyli hissəsini müasir silahların alınmasına xərcləyirdi:
"Qeyd etmək lazımdır ki, 30 il ərzində ki, torpaqlarımız işğal altında qaldı, belə çıxır ki, Azərbaycan heç də əl-qolunu uzadıb gözləmirdi. İlham Əliyevin Prezidentliyi dövründən başlayaraq Azərbaycan büdcəsinin xeyli hissəsini müasir silahların alınmasına xərcləyirdi. Yadımdadır ki, müxalifət, o cümlədən mən özüm də tənqidi fikirlər səsləndirirdik ki, bu qədər pullar xərclənir, il üstünə il əlavə olunur, amma torpaqlarımızı azad edə bilmirik, bu qədər büdcənin hərbiyə ayrılmasına nə ehtiyac var, əgər biz torpaqlarımızı azad edə bilmiriksə. Mən qələbəmizdən sonra başa düşdüm ki, biz bununla nə qədər səhv etmişik. Bəzən emosiyalara qapılmışıq". 
Prezident İlham Əliyev mümkün olmayanı mümkün etdi' - DeputatDeputat bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, artıq Qarabağ problemi həll olunub:
"Əslində biz İlham Əliyevi tənqid edən zaman o gecə-gündüz Qarabağın azad olunması üçün çalışırdı, düşünürdü və konkret addımlar atırdı. Nəticəsini də gördük, Qarabağ azad olundu. Bu gün də Azərbaycan ərazilərinin yerdə qalan hissəsi üzərində özünün suverenliyini bərpa etmək üçün gecə-gündüz çalışır. Müsbət nəticələr də var. Elə sonuncu Soçi görüşündə Prezident İlham Əliyevin Rusiya Prezidentinin üzünə belə bir cümlə işlədərək dedi ki, Qarabağ problemi artıq iki ildir ki, həll olunub, müzakirə etməli bir məsələ yoxdur, artıq bu, iki ildir ki, tarixdir. Bunun özü artıq Azərbaycan Prezidentinin hansı güclü iradəyə malik olduğunun göstəricisidir. Bunu bütün xalq bəyəndi, sevdi və Azərbaycan Prezidentini müdafiə etdi. Azərbaycan Prezidentini bu gün bu məsələlərdə müxalifət də müdafiə edir, öz partiyası da müdafiə edir, xalq da müdafiə edir". 
Deputat Zəfər Günü münasibətilə Prezidenti və Azərbaycan hərbçilərini təbrik etdiyini bildirib:
"Həqiqəti demək lazımdır ki, İlham Əliyev mümkün olmayanı mümkün etdi. Belə bir halda cənab Prezidentə sağ ol demək lazımdır, onu təbrik etmək lazımdır. Mən cənab Prezidenti bu Zəfər Günü münasibətilə təbrik edirəm. Məhz onun qurduğu ordu, onun aldığı silahlar Qarabağı azad etdi. Elə buna görə də, mən Azərbaycan Ordusuna da, Azərbaycanın əsgər və zabitlərinə də, Müdafiə Nazirliyinə də, Sərhəd Qoşunlarına da, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə də, bir sözlə, Azərbaycanın bütün hərbçilərinə ürəkdən təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bu gün siz Azərbaycan torpaqlarının, xalqının və müstəqilliyinin keşiyinə dayanmısınız".
Aydın Nuri

Siyasi       Tarix: 10 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en son xeber son xeberler bugun 2026 azerbaycan sou xeberler