Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.
KONKRET.azxəbər verir ki, müraciət mətnini təqdim edir:
"Hörmətli nazirlər,
Xanımlar və cənablar,
Mən sizi Bakıda keçirilən COP-öncəsi tədbirində salamlayıram.
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.
Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə "təmiz ətraf mühit və yaşıl inkişaf" sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. "Yaşıl enerji" zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.
Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri "yaşıl enerji"yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.
Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.
Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsi ilə nəticələndi.
Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və bütün regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP tədbirinə hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.
COP29 Sədrliyi "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstəyini göstərir.
Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28, COP29 və COP30-un sədrləri qismində "İqlim Troykası" təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su kimi bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda "COP atəşkəs çağırışı" öz aktuallığını daha da artırmış olur.
Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri olaraq nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ "Şamaxı məsləhətləşmələri" iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər.
COP29-a hazırlığın son mərhələsinə daxil olduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP tədbiri çoxtərəflilik üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – "Bakı Sazişi"nin əldə olunmasını gözləyirəm.
Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.
Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağı arzulayıram.
Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin əldə olunması ilə nəticələnəcək səmərəli müzakirələrin keçirilməsini arzulayıram.
Sağ olun".
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, müraciət mətnini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub.

Siyasi     Baxılıb: 174   Tarix: 10 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Allahşükür Paşazadə sabah Vatikana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Vatikana səfərə yola düşür. Bu barədə AZXEBER. COM-a QMİ-dən məlumat verilib. Səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəslər

Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvət

"Bu şəxslərin cəzalandırılması düşmənə dərsdir" - Deputat

"İnsanlıq əleyhinə və müharibə cinayətləri törədən şəxslərin cəzalandırılması dosta mesaj, düşmənə isə dərsdir". Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu -a açıqlamasında bildirib. O deyib ki, biz Azərbayca

Paşinyan: Baş verənlər inanılmazdır

Baş verənlər inanılmazdır. xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim edilməsi mərasimində bildirib. "Bu mərasim təkcə sülh sazişinin qey

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.  xəbər verir ki, görüşd

Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək. KONKRET.azxəbər verir ki, müzakirələri

İrana hücum əmri verildi? - F-35 havaya qaldırıldı: İLK TOQQUŞMA

"Bu gün İrana məxsus "Shahed-139" dronu ABŞ-ın "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşmağa cəhd edib. Aviadaşıyıcıdan qalxan F-35 təyyarəsi dronu vurub. Bir qədər sonra SEPAH-a məxsus 2 ədəd sürə

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb. xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Tramp Si Cinpinlə Ukrayna və İran böhranını müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Xi Jinping ilə telefon danışığı zamanı Ukrayna böhranı və İranla bağlı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb. xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli son xabar xeber saytlari ən son xəbərlər bugün